Tamara Mustafayeva, Banco.az
Avro Zonada iqtisadi inam bu vaxta qədərki ən yüksək səviyyəyə çatıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Avro Zonada iqtisadi inam indeksi karantin tədbirlərinin yumşaldılması və iqtisadiyyatların yenidən canlanması ilə 119-a yüksəlməklə rekord vurub.
İyun ayında 117.9 punkt ilə ötən 21 ilin maksimumuna çatan indeks iyulda da bu artım tendensiyasını davam etdirməklə 119-a qalxıb. Pandemiya dövründə kəskin geriləyən xidmət sektoru üzrə inam da avqust 2007-dən bəri müşahidə edilən ən yüksək səviyyəyə çatıb.
Qeyd edək ki, koronavirusun Delta ştammına yeni yoluxma sayının kəskin artmasının növbəti aylarda iqtisadi inama mənfi təsir göstərəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!