Avro və Lirə ucuzlaşa bilər | Banco.az

Avro və Lirə ucuzlaşa bilər

AMB və TCMB-nin faiz qərarlarında azaldılma proqnozları avro və lirənin də ucuzlaşmalarına təsir edə biləcəyi ehtimal edilir.

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının pul-kredit siyasətini daha da yumşalda biləcəyi ehtimalları son günlər EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olan amillər arasındadır. 

Təhlillərə əsasən, artıq 1.11$-a ticarət edilən avronun qiyməti sözügədən səviyyənin altına düşərsə, 1.10$-a kimi də ucuzlaşa bilər.

AMB-nin qərarı isə Bakı vaxtı ilə saat 15:45-də açıqlanacaqdır. Saat 16:30-da baş tutacaq bankın mətbuat konfransı da investorların diqqət mərkəzində olacaqdır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, avroda ucuzlaşma digər aparıcı valyutaların da dollara olan məzənnələrinə mənfi təsir edə bilər. 

Türkiyə mərkəzi bankının (TCMB) saat 15:00-da yayımlanacaq faiz qərarında da azaldılma proqnozlaşdırılır. Proqnozlar özünü doğruldarsa, USD/TRY məzənnəsi 5.80TL-yə kimi bahalaşa bilər. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et