İnvestorlar arasında qeyri-müəyyənlikləri artırmaqla ticarət aktivliyi azalsa da proqnozlar gündəmdə qalmaqdadır.
Beynəlxalq valyuta birjalarında Çində aşkarlanan koronavirusunun getdikcə yayılması xəbərləri qeyri-müəyyənlikləri artırıb. Bu, özünü EUR/USD və GBP/USD məzənnələrində də göstərir. Təhlillər isə sözügedən valyutaların ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Lirə 6.01TL-yə kimi ucuzlaşa bilər
Lirədə də ucuzlaşma dinamikası zəifləyib, lakin ucuzlaşmanın 6TL-yə kimi davam edə biləcəyi proqnozları yüksək olaraq qalır.
Qızıl üzrə 1611$ proqnozları
Dünyada siyasi və iqtisadi risklərin mövcudluğu, əlvan metallar bazarlarında qızıla olan tələbin keçən ilin maksimum səviyyələrdə qalmasına səbəb olur. Belə ki, bir unsiya üzrə qiymətin bahalaşması zəifləsə də 1588$-ın qırılması ilə 1611$-a kimi də güclənə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.