Avro və funtun bahalaşa biləcəyi proqnozları yenidən artıb | Banco.az

Avro və funtun bahalaşa biləcəyi proqnozları yenidən artıb

Beynəlxalq valyuta birjalarında qlobal risklərin azalması ilə yanaşı, Avro və Funta olan tələbin arta biləcəyinə dair siqnallar yaranıb.

 

Avro və Funta tələbin arta biləcəyinə dair siqnallar

Beynəlxalq maliyyə bazarlarında Amerika ilə Çin nümayəndələri arasında danışıqların bərpa edilməsinə dair xəbərlərin yayılmasından sonra enerji birjalarında neft qiymətlərində bahalaşma müşahidə edilib. Avro və funt kimi aparıcı valyutaların da bahalaşa biləcəyi proqnozları yenidən artıb.

EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.12 və 1.26$, Avropanın Brent nefti isə 62$-a ticarət edilməkdədir.

Bununla yanaşı, gələn həftə baş tutacaq önəmli tədbirlər öncəsi dünya birjalarında durğunluq müşahidə edilə bilər. Belə ki, iyun ayının 25-də “OPEC”-in Vyana şəhərində 176-cı toplantısı və 28 və 29-u G20 ölkələrinin zərvə toplantısı fonunda ABŞ və Çin prezidentlərinin görüşü baş tutacaqdır.

 

FED-in faiz qərarı və monetar siyasət açıqlaması gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq Amerika mərkəzi bankının faiz qərarı və monetar siyasətinə dair açıqlaması da investorların diqqət mərkəzindədir.

İnvestAz