Avro və funtda ucuzlaşma davam edə bilər | Banco.az

Avro və funtda ucuzlaşma davam edə bilər

Beynəlxalq valyuta birjalarında bu gün EUR/USD və GBP/USD məzənnələri açıqlanacaq önəmli fundamental məlumatlar fonunda diqqət mərkəzində olacaqdır.

Bu gün Bakı vaxtı ilə saat 13:30-da dərc ediləcək göstəricilər üzrə proqnozlara əsasən, Böyük Britaniyada işsizliyin azalması və əmək haqlarının artması dinamikası zəifləyə bilər. 

Avrozonanın gələcək iqtisadi gözləntilərini ölçən indeksin də saat 14:00-da azalma ilə yayımlanması proqnozlaşdırılır. 

Beləliklə, proqnozlar özünü doğruldacağı təqdirdə, avro və funtda müşahidə edilən ucuzlaşma davam edə bilər.   

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.