Avro və Funt ucuzlaşa bilər | Banco.az

Avro və Funt ucuzlaşa bilər

Sabah Amerikadan açıqlanacaq əmək bazarına dair önəmli göstəricilər öncəsi, İngiltərə və Avrozonadan göstəricilər zəif yayımlanmaqdadır.

İngiltərə və Avrozonadan açıqlanan göstəricilər zəifləyir

Beynəlxalq valyuta birjalarında İngiltərə və Avrozona ilə bağlı açıqlanan fundamental göstəricilər iqtisadi pisləşməyə dair ehtimalları artırıb. Bu, avro və funtun da ucuzlaşmasına səbəb ola bilər. 

Avro 1.09, Funt 1.27$-a kimi ucuzlaşa bilər

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.12$-ın altında qaldıqca, 1.09, GBP/USD məzənnəsində isə 1.30$-a kimi bahalaşma korrektiv qiymətləndirilir və yenidən 1.27$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, investorlar daha çox sabah Amerikadan açıqlanacaq əmək bazarına dair önəmli göstəricilərə fokuslanıblar. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.