Avro və funt sterlinq bahalaşa bilər | Banco.az

Avro və funt sterlinq bahalaşa bilər

Amerikanın maliyyə naziri Stiv Mnuçinin rüsumlara dair açıqlamaları, birjalarda risk iştahının azalmasına səbəb olub.

ABŞ və Çin arasında ticarət sazişinin birinci mərhələsinin imzalanmasına bir gün qalmış, maliyyə naziri Stiv Mnuçinin gömrük rüsumlarının saxlanılacağını açıqlaması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. 

Bu, bu gün Amerika sessiyasında sazişin imzalanmasında sürpriz hadisələrə səbəb olmasa, dollarda yenidən bahalaşmanın şahidi ola bilərik. 

Cari şəraitdə avro əlavə olaraq 1.1143$-ı qırarsa, 1.1180 və funt sterlinq isə 1.31$-a kimi bahalaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

İngiltərədən inflyasiya və Avrozonadan sənaye və ticarət göstəriciləri. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərədən inflyasiya və saat 14:00-da Avrozonadan sənaye istehsalı və ticarət dövriyyəsi ilə bağlı önəmli göstəricilər açıqlanacaqdır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et