Avro və funt bahalaşıb | Banco.az

Avro və funt bahalaşıb

İngiltərə parlamentində Breksit tərəfdarlarının üstünlüyü ələ ala biləcəkləri ehtimalları avro və funtda bahalaşmalara səbəb olub.

Beynəlxalq valyuta birjalarında İngiltərədə keçirilən parlament seçkisinin nəticələrinin açıqlanmasına saatlar qalmış, hakimiyyətdə olan mühafizəkarlar partiyasının aşağı palatada üstünlük əldə edəcəyinə dair yayılan xəbərlər böyük dalğalanmalara səbəb olub. 

Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.12 və 1.35$-a kimi bahalaşıb. Təhlillərə əsasən isə bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, parlamentin aşağı palatasında səs çoxluğu əldə etmək üçün partiyalar minimum 326 səs tərəfdarları toplamalıdır. Səslərin sayılmasının Bakı vaxtı ilə saat 9-a kimi bitməsi planlaşdırılır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et