Avro Bölgəsinin ən böyük iqtisadiyyatı Almaniyada açıqlanan göstəricilərin proqnozdan pis olması və buna bağlı olaraq bölgənin iqtisadi inkişafına dair narahatlıqların artması ilə Avro ucuzlaşır.
Avropanın ortaq pul vahidi, satınalma menecerləri indeksi (PMI) göstəricilərinin, həm xidmət, həm də emal sektorlarında ləngimənin olması ilə yanaşı, Almaniyada iqtisadi inkişafın Noyabr ayında təxminən dörd ilin ən zəif səviyyəsində olduğunu göstərməsinin ardından düşüb.
Avro Bölgəsi birləşmiş PMI Noyabr ayında, əvvəlki ayın səviyyəsi olan 53.10-dən 52.4-ə geriləyib. İqtisadçılar bu göstəricinin 53 səviyyəsində olacağını gözləyirdilər.
Avro/dollar məzənnəsi 0.5 faiz düşərək 1.1350 səviyyəsinə enib ( Avro ucuzlaşıb, Dollar bahalaşıb).
Avro, keçən həftə 0.7 faiz dəyər itirmişdi.
Marja.az