Avro Mario Draginin açıqlamaları ilə daha da möhkəmlənir | Banco.az

Avro Mario Draginin açıqlamaları ilə daha da möhkəmlənir

Avronun məzənnəsi Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Draginin açıqlamaları ilə möhkəmlənməyə başlayıb. "Report" xəbər verir ki, ECB bu gün keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib. Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamalardan sonra əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsi 1,1480 USD/EUR səviyyəsindən 1,1570 USD/EUR-a yüksəlib. "Report"un analitik qrupu avronun yenidən ucuzlaşacağını proqnozlaşdırır. Belə ki, iyul ayının 25-26-da ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclasında dollar lehinə qərarların alınması gözlənilir. 

Mənbə: report.az

Ən sərfəli krediti almaq üçün müraciət et