Avro manata qarşı möhkəmlənməkdə davam edir | Banco.az

Avro manata qarşı möhkəmlənməkdə davam edir

Bu gün yanvarın 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 29-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,002 manat və ya 0,12% azalaraq 1,6008 səviyyəsində müəyyən olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası  0,005 manat və ya 0,3% möhkəmlənərək 1,7495 manatadək artıb.

Rusiya rublunun məzənnəsi 0,0005 manat və ya 2,43% artaraq 0,0210 manat səviyyəsində müəyyənləşib.