Avro kəskin bahalaşdı | Banco.az

Avro kəskin bahalaşdı

Bu gün dekabrın 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 3-ü ilə müqayisədə 0,0017 manat və ya 0,16% azalaraq 1,0495 manat olub.

Sonuncu dəfə dolların manata qarşı məzənnəsi bu səviyyədə noyabrın 4-də olub.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0348 manat və ya 3,13% artaraq 1,1482 manata yüksəlib.

Qeyd edək ki, bu, avronun manata qarşı noyabrın 4-dən bəri ən yüksək məzənnəsidir. Həmin gün Avrozonanın vahid valyutasının manata qarşı məzənnəsi 1,1492 manat olub.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,64% azalaraq 0,0155 manat səviyyəsində qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et