Avro, funt və qızıla tələb artıb | Banco.az

Avro, funt və qızıla tələb artıb

Amerikanın maliyyə bazarlarına dair investorların ehtiyatlı mövqeləri, avro, funt və qızıla olan tələbi artırır.

Amerikanın ilkin daşınmaz əmlak bazarına dair açıqlanan müsbət fundamental məlumatların dolların qiymətlərinə təsiri məhdud olub. Bunun əsas səbəbi Amerikanın maliyya bazarına dair narahatlıqların dolların aparıcı valyutalara nisbətən qiymətlərini təzyiq altında saxlamasıdır. Nəticədə avro və funta olan tələb yenidən artmağa başlayıb. 

Qızılda bahalaşma davam edir

Bununla yanaşı, əlvan metallar bazarlarında qızılın qiymətində də bahalaşma müşahidə edilir və 1498 dollara kimi bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.