Avro, funt və qızıl üzrə ucuzlaşma ehtimalları gündəmdə | Banco.az

Avro, funt və qızıl üzrə ucuzlaşma ehtimalları gündəmdə

Qlobal siyasi və iqtisadi riskləri artıra biləcək hadisələrin investorların gündəmindən qaldırılması, bütün bazarlar üzrə risk iştahını artıracaqdır.

Siyasi və iqtisadi risklər azalıb. 

Beynəlxalq valyuta birjalarında çərşənbə günü ABŞ ilə Çin arasında ticarət sazişinin birinci mərhələsinin imzalanması gözləntiləri fonunda dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. İranın “mülayim” hərbi cavabından sonra Amerikanın da “yumşaq” bəyanatları ilə geosiyasi risklər hələlik treyderlərin gündəliyindən götürülüb. 

Qeyd etmək lazımdır ki, bunlar Amerika Mərkəzi Bankının (FED) faiz azaldılması ehtimallarını da azaldır. 

Fundamental göstəricilər investorların diqqət mərkəzində. 

Beləliklə, dünyada siyasi və iqtisadi risklərin azalması, investorların diqqətini yenidən daha çox fundamental göstəricilərə yönəldib. 

Ən sərfəli kredit üçün müraciət et

Bazar ertəsi Böyük Britaniya iqtisadiyyatı ilə bağlı mənfi fundamental göstəricilər isə funtun ucuzlaşmasına səbəb olub. Avrozonaya dair göstəricilər də ürək açan deyil. 

Avro, funt və qızıl üzrə ucuzlaşma ehtimalları gündəmdə

Təhlillərə əsasən, avro və funt sterlinq üzrə ucuzlaşma ehtimalları yüksək olaraq qalır. Qızılın qiymətində də korreksiya dərinləşə bilər. 

Bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli göstəriciləri də böyük maraqla gözlənilir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et