Avro, Funt və neft ucuzlaşır | Banco.az

Avro, Funt və neft ucuzlaşır

Beynəlxalq valyuta birjalarında avro və funt təzyiq altında qalmaqda davam edir, neft qiymətlərində də stabilləşmə müşahidə edilir.

Beynəlxalq valyuta birjalarında Avrozona, xüsusilə də Almaniya iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, EUR/USD məzənnəsini təzyiq altında saxlamaqda davam edir. 

Beləliklə, məzənnənin 1.10$-ın altında qaldıqca, 1.09$-a kimi də ucuzlaşa biləcəyi proqnozları güclü olaraq qalır. GBP/USD məzənnəsində də 1.23$-a kimi ucuzlaşma proqnozlaşdırılır. 

Enerji birjalarında isə stabilləşmə davam edir. Keçən həftə Avropanın Brent markalı neftin qiymətində 70$-a kimi artan volatillik, carı həftə ərzində stabilləşməsi sayəsində 63$-a kimi ucuzlaşıb və 60$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:30-da Amerikanın neft və benzin ehtiyatları ilə bağlı dərc ediləcək önəmli fundamental məlumatların da qiymətlərə təsir edəcəyi gözlənilir. 

İnvestAz