Mərkəzi ofisi Londonda yerləşən "Oxford Economics" iqtisadi tədqiqatlar mərkəzi, Avro Bölgəsi iqtisadiyyatında inkişafın (artımın) hələ də dayanmağa çox yaxın səviyyədə olduğunu bildirib.
İqtisadi tədqiqatlar mərkəzindən verilən açıqlamada, oktyabr ayında Avro Bölgəsində Satınalma Menecerləri İndeksinin (PMI) 50,2 səviyyəsində reallaşdığı qeyd edilərək, bölgədə iqtisadi inkişafın dayanmağa çox yaxın olduğu bildirilib.
Sentyabrda Avro Bölgəsində PMI indeksinin 50,1 səviyyəsində reallaşdığı bildirilən açıqlamada, bölgənin emal sektorunda 2012-ci ildən bu yana ən sərt pisləşmənin görüldüyü də qeyd edilib.
Həmçinin açıqlamada Avro Bölgəsindəki məşğulluqdakı pisləşmənin istehlakçı davranışlarına əks olunaraq, iqtisadi artımı daha da ləngidəcəyi bildirilib.
"Oxford Economics" açıqlamasında Almaniyada PMI göstəricisinin 48,6 səviyyəsində olduğunu, son məlumatlarla əsasən ilin dördüncü rübündə Almaniyada iqtisadi artımın toparlanmasına dair gözləntilərin azaldığı qeyd olunub.
Açıqlamada, son məlumatların ardından Avro Zonasında iqtisadi artımın bu ilin son rübündə 0,1 faiz təşkil edəcəyinin gözlənildiyi, Avropa Mərkəzi Bankının (AMB) sədri vəzifəsinə təyin edilən Kristin Laqardın hökumətlərə maliyyə təşviq dəvət etdiyi xatırladılıb.
PMI göstəricisində 50 və daha yüksək rəqəmlər artıma, bu səviyyədən aşağı rəqəmlər isə azalmaya işarədir.
Marja