Avropa Statistika Ofisi (Eurostat), Avropa Birliyi (AB) və Avro Bölgəsinin Oktyabr ayı illik inflyasiya məlumatlarını yayımlayıb.
Avro Bölgəsində Sentyabrda 0,8% olan illik inflyasiya, Oktyabrda 0,7%-ə geriləyib.
AB-də isə Sentyabrda 1,2% olan illik inflyasiya, Oktyabrda 1,1% olaraq reallaşıb.
AB üzvü ölkələr arasında Oktyabrda ən yüksək inflyasiya 3,2% ilə Rumıniya, 3% ilə Macarıstan və 2,9% ilə Slovakyada ölçülüb.
Oktyabrda ən aşağı inflyasiya (deflyasiya) Cənub Kipr (-0,5%), Yunanıstan (- 0,3%) və Portuqaliyada (0,1%) qeydə alınıb.
İnflyasiya nisbəti Oktyabrda Almaniya və Fransada 0,9%, İngiltərədə 1,5% və İtaliyada 0,2% təşkil edib.
marja