Avro bahalaşdı | Banco.az

Avro bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Avro/dollar məzənnəsi 1.01 səviyyəsini üstələməklə ötən 3 həftənin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, dünən 1 səviyyəsindən aşağı olan avro/dollar pariteti bugün 0,7 faiz artaraq 3 həftə sonra yenidən 1,01-i keçib.

Avro/manat məzənnəsi isə cari vaxtda 1,72 səviyyəsində ticarət olunur.

Qeyd edək ki, avronun bahalaşmasında dünən Avropa Mərkəzi Bankı (AMB) tərəfindən tarixində ilk dəfə uçot faizinin 75 baza bəndi artırılması rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et