Avro 1.08 dollaradək ucuzlaşa bilər | Banco.az

Avro 1.08 dollaradək ucuzlaşa bilər

Beynəlxalq maliyyə bazarlarında Avrozona üzrə siyasi və iqtisadi risklər dollara olan tələbi yüksəldir. Qızılda ucuzlaşma da diqqət mərkəzindədir.

EUR və GBP təzyiq altında qalmaqdadır

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi və GBP/USD məzənnəsi iqtisadi və siyasi risklərin təzyiqləri ucuzlaşmaqda davam edir. 

 

Təhlillər isə avro 1.08, funt sterlinqin isə 1.22$-a kimi ucuzlaşa biləcəyini proqnozlaşdırmağa əsas verir. 

 

Qızılda ucuzlaşma

Əlvan metallar bazarlarında dolların qiymətlərində artan bahalaşma ehtimalları, qızılın ucuzlaşmasına da təsir edib. Qızılın bir unsiya üzrə qiyməti 1512$-ın altında qaldıqca, 1490$-a kimi də dəyər itirə bilər. 

 

ABŞ-dan iqtisadi inkişaf göstəricisi yayımlanacaq

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan dərc ediləcək iqtisadi inkişafa dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır. 

İnvestAz