Avro 1.08 dollara kimi ucuzlaşa bilər | Banco.az

Avro 1.08 dollara kimi ucuzlaşa bilər

Beynəlxalq maliyyə birjalarında ucuzlaşan avro, funt və lirənin daha da dəyərdən düşmələri proqnozlaşdırılır.

Beynəlxalq maliyyə bazarlarında avro və funt sterlinq kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. 

Avropa mərkəzi bankının növbəti toplantısında əmanət faiz dərəcəsini mənfi 0.6%-ə kimi azalda biləcəyi ehtimallarının daha da artması və İngiltərə hökümətində Breksit fonunda mübahisələrin dərinləşməsi, EUR/USD və GBP/USD məzənnələrinin ucuzlaşmasına səbəb olur. Təhlillərə əsasən, avro 1.08, funt isə 1.19 dollara kimi ucuzlaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 18:00-da müvafiq olaraq açıqlanacaq İngiltərənin tikinti və Amerikanın sənaye sektorlarında biznes aktivliyi indeksləri də investorların diqqət mərkəzindədir. 

Saat 11:00-da yayımlanacaq Türkiyənin inflyasiya ilə bağlı göstəriciləri də lirənin yenidən ucuzlaşmağa başladığı bir vaxtda böyük maraqla gözlənilir. USD/TRY məzənnəsinin dünya birjalarında 6.03TL-yə kimi yüksəlməsi proqnozlaşdırılır. 

İnvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et