Avrasiya İnkişaf Bankı bu ölkəyə 1,5 milyard dollar sərmayə yatıracaq | Banco.az

Avrasiya İnkişaf Bankı bu ölkəyə 1,5 milyard dollar sərmayə yatıracaq

Müəllif - Aida İsaq, Banco.az

Avrasiya İnkişaf Bankı gələn il Belarusa təxminən 1,5 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə idarə heyətinin sədri Nikolay Podquzov bildirib. Onun sözlərinə görə, AİB-in Belarusla bağlı strategiyasında hər hansısa dəyişiklik yoxdur. Gələcək beşillik müddətə planlaşdırılan bütün həcmlər həyata keçiriləcək. Bununla yanaşı, o, təmsil etdiyi bankın ilk növbədə Belarusun özəl sektoru ilə əməkdaşlıq etməyə üstünlük verdiyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram