Avqustda nəqliyyat vasitəsinə dəyən zərərə görə 2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib | Banco.az

Avqustda nəqliyyat vasitəsinə dəyən zərərə görə 2 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib

2015-ci avqust ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 20,4%, sığorta ödənişlərinin məbləğində isə 19,8 % azalma müşahidə edilib.

2015-ci avqust avqust ayında nəqliyyat vastəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 213 manat  təşkil edib.

Avqust ayında İcbari Sığorta Bürosu tərəfindən 10 kompensasiya tələbi üzrə 34 263 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et