Avqustda ən çox avtomobil realizə edən Avropa ölkələri məlum olub | Banco.az

Avqustda ən çox avtomobil realizə edən Avropa ölkələri məlum olub

Bu ilin avqust ayında ən çox minik avtomobili (LCV – kommersiya minik avtomobilləri istisna) realizə edən beş Avropa ölkəsi məlum olub.

Avqustda ən çox minik avtomobili Almaniyada satılıb – 251 044 ədəd. Bu, illik ifadədə 20% azdır. Mənfi dinamika ötənilki yüksək baza ilə yanaşı, karantin məhdudiyyətləri fonunda tələbatın tükənməsi ilə əlaqədardır.

Siyahının ikinci pilləsində Rusiya qərarlaşıb. Ötən ay Rusiyada 130 minə yaxın avtomobil realizə edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə təxminən 21% azdır.

İlk üçlüyü 103 631 avtomobil realizə edən Fransa tamamlayır. Bu ölkədə avqustda minik avtomobillərinin satışı illik ifadədə 11,3% artıb.

Siyahının dördüncü pilləsində İtaliya yer alıb – 88 801 avtomobil (-0,4%), beşinci yerdə isə Böyük Britaniya qərarlaşıb – 87 226 avtomobil (-5,8%).

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et