Avqust ayında banklar daha çox mənfi xəbərlər ilə gündəmdə olub. Bunu Banco.az portalına Media Təqib Mərkəzi bildirib. Portala daxil olan məlumatda vurğulanıb ki, Media Təqib Mərkəzi 2015-ci ilin avqust ayı üzrə analiz işini yekunlaşdırıb.
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.
Şirkət banklarla bağlı avqust ayı üzrə məlumatları təqdim edir.
2015-ci ilin avqust ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 1084 xəbər yerləşdirilib. 9694 xəbərdən 9053-ü neytral, 600-ü mənfi, 41-i isə müsbət xəbərdir.
Mənfi xəbərlər arasinda 12 bankın adı hallanır, bu xəbərlərin məzmunu bankların müştəriləri aldatması və müflis olmaları ilə bağlıdır. Mənfi xəbərlər arasında liderlik isə Bank Technique (320 xəbər), Azərbaycan Kredit Bankı (85 xəbər) və Eurobanka (55 xəbər) məxsusdur. Xəbərlərdə müsbət cəhətləri qeyd olunan isə cəmi 3 bank olub: UniBank (34 xəbər), VTB Bank (6 xəbər) və ExpressBank (1 xəbər).
Xəbər sayına görə sıralama:
- Azərbaycan Beynəlxalq Bankı 3046 xəbər
- Bank Technique 782 xəbər
- UniBank 618 xəbər
- Kapital Bank 610 xəbər
- Bank of Baku 345 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 777 xəbər dərc edilib: 690 xəbər neytral, 84 xəbər mənfi, 3 xəbər isə müsbətdir.
Mənfi xəbərlər arasında 13 bankın adı çəkilir. Bu xəbərlər arasında EuroBank (26 xəbər), Texnika Bank (18 xəbər) və Kredit Bankı (9 xəbər) liderlik edirlər, xəbərlər isə bu bankların bağlanması ilə əlaqədar olub. Digər banklarda müştəri aldadılması və dələduzluq halları da qeydə alınıb.
Xəbər sayına görə sıralama:
- Azərbaycan Beynəlxalq Bankı 216 xəbər
- UniBank 71 xəbər
- Kapital Bank 61 xəbər
- AccessBank 58 xəbər
- Texnika Bank 55 xəbər
Avqust ayında televiziya kanallarında banklarla bağlı 27 neytral xəbər göstərilib:
- Azərbaycan Beynəlxalq Bankı 7 xəbər
- Atra Bank 6 xəbər
- Azər-Türk Bank 5 xəbər
- Ata Bank 2 xəbər
- UniBank 2 xəbər