2016-cı ildə Auditorlar Palatası 630,245 min manat məbləğində gəlir əldə edib.
Palatanın 2016-cı il üzrə hesabatına istinadən xəbər verilir ki, qurum 2015-ci ilə (531,222 min manat) müqayisədə gəlirlərini 15,7% artırıb.
Auditorlar Palatası 2016-cı il ərzində respublika büdcəsinə 25,478 min manat, Dövlət Sosial Müdafiə Fonduna 66,073 min manat vəsait ödəyib.
2016-cı il ərzində Palatada əməkdaşların orta siyahı sayı 57 nəfər olub və onlara 264,759 min manat məbləğində əmək haqqı və mükafat ödənilib.
Daxil olmuş üzvlük haqqından 1% olmaqla 5,829 min manat məbləğində vəsait "Azərbaycan Respublikasında auditor xidmətinin inkişafı fondu"na köçürülüb və il ərzində bu fonddan vəsait istifadə edilməyib.
Mənbə: Apa.az