Beynəlxalq audit şirkəti olan KPMG-nin ("Klynveld Peat Marwick Goerdeler") keçmiş altı rəhbər şəxsi yanvarın 29-da ABŞ-da həbs olunub.
Keçmiş auditorlar məxfi audit məlumatlarından sui-istifadədə ittiham olunurlar.
Bildirilir ki, KPMG rəsmiləri İctimai Mühasibat Uçotu Heyətinin (İMUH) işçilərini işə götürərək onlardan İMUH-un şirkətin auditi ilə bağlı planlarını öyrənərək məxfi məlumatları əldə ediblər.
KPMG-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
“WallStreetJournal” yazır ki, tənzimləyicinin şirkətdə aparmaq istədiyi audit haqqında məxfi məlumatları ələ keçirdiklərinə görə ötən il KPMG-nin alt əməkdaşı işdən kənarlaşdırılıb.
Qeyd edək ki, KPMG “Böyük Dördlük” adlanan dünyanın 4 nəhəng audit şirkətlərindən biri olub, peşəkar xidmət təşkilatıdır. Gəlirlərinə və əməkdaşlarının sayına görə isə bu dördlükdə "Deloitte" , "PWC" və “Ernst & Young”dan sonra dördüncü yerdədir. Dünyanın bir çox yerində nümayəndəliyi olan xidmət şəbəkəsinin mərkəzi Niderland-Amsterdamda yerləşir və şirkətlərə audit, vergi və məsləhət xidmətləri təklif edir.
Xatırladaq ki, “KPMG Azərbaycan limited” şirkətin Azərbaycandakı nümayəndəliyidir və 1998-ci ildən etibarən Respublikamızda fəaliyyət göstərir.
Apa.az