Audit planlaşdırılması niyə önəmlidir? | Banco.az

Audit planlaşdırılması niyə önəmlidir?

Audit planlaşdırılması təftiş prosesinin vacib hissəsidir, çünki, o, audit yoxlamanın əsas istiqamətini müəyyən edir və müəssisədə risklərin qiymətləndirilməsinə əsaslanır.

Audit planlaşdırılmasının önəmi odur ki:

-audit prosesinin mühüm tərəflərinə diqqətin yönəlməsinə kömək edir;

-potensial problemlərin müəyyən olunması və qarşısının alınmasına şərait yaradır;

-auditora təftiş prosesini lazimi qaydada təşkil etməyə və idarə etməyə kömək edir;

-audit yoxlaması üçün uyğun qrup üzvlərinin seçilməsi və onlar arasında tapşırıqların bölüşdürülməsi prosesinə yardım edir;

Ən sərfəli kredit üçün müraciət et

-nəzarət prosesini asanlaşdırır.

Audit planlaşdırılması həmçinin müəssisənin audit strategiyasına çevrilir ki, bu da mümkün risklərin azalmasına getirib çıxarır. Audit planlaşdırılmasına aşağıdakılar daxildir:

  1. Risklərin qiymətləndirilməsi prosesinin planlaşdırılma dərəcəsi, müddəti və xarakteristikası baxımından təsviri;
  2. Təqdim olunmuş audit yoxlaması planlaşdırılmasının dərəcəsi, müddəti və xarakteristikasının təsviri;
  3. Digər audit yoxlaması proseslərinin planlaşdırılması yollarının təsviri.

Audit planlaşdırılması müəssisə daxilində audit yoxlamasını sürətləndirir və əsas məqsədləri ön plana çəkir.