Vakansiya haqqında məlumat:
Audit departamenti - Direktor
Vəzifəyə olan tələblər
- Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
- Bank auditi sahəsində minimum 3 illik təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan dili – mükəmməl;
- Rus dili yaxşı səviyyədə;
- Ingilis dilini yaxşı səviyyədə;
Əsas vəzifələr
- Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
- Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq;
- Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
- Məsuliyyətlilik;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Hesabatın hazırlanması və yazılması bacarığı.
Vəzifə öhdəlikləri
- Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
- Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi;
- Bankın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
- Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
- Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
- Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsi
- Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
- Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi
- Bankin icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi
- Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi
- Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi
- İdarə heyətinin bankın strategiyasına əməl etməsinin qiymətləndirilməsi
- Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələr vermək
- Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi
CV-ləri Audit departamenti-direktor mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs