Audi xərclərini €10 milyard azaldır | Banco.az

Audi xərclərini €10 milyard azaldır

Alman konserni Volkswagen-ə daxil olan, Audi kompaniyası xərclərini 10 milyard avro ($12 milyard dollar) azaldaraq, elektro avtomobillərin istehsalını inkişaf etdirmək istəyir. Bu haqda Banco.az portalı Reutersə istinadən məlumat verir.

Bir neçə il ərzində şirkət 5 model elektrokar istehsal etmək niyyətindədir, onlardan birincisi 2018-ci ildə Brüseldə, E-Tron -  idman, yolsuzluq avtomobilləri istehsalçısı tərəfindən yığılacaq.

Ehtimal olunur ki, əsas ixtisarlar konstruktiv işlər və araşdırmalar sahəsinə toxunacaq. Bundan əlavə, informasiya mənbəyinə əsasən, yaxın gələcəkdə Audinin 7 top menecerindən dördü işdən ayırılmalı olacaq. Rəsmi qərar qəbul olunmasa belə, işdən çıxarılma ehtimalı artıq rəhbərlik tərəfindən müzakirə olunur.

Ən sərfəli kredit üçün müraciət et

 Qənaət edilmiş vəsaitin isə atmosferə zərərli tutulantıların emissiyasını 0-a endirən texnologiyaların inkişafına yatırılması gözlənilir, bu texnologiyalar Porshe ilə müştərək platformada hazırlanacaq. Güman olunur ki, komponentlərdən birgə istifadə və moddulların birgə tərtib olunması hər iki şirkətə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət etmək imkanı verəcək.