"Audi" ABŞ-a avtomobil tədarükünü dayandırıb | Banco.az

"Audi" ABŞ-a avtomobil tədarükünü dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” Qrupunun (VW) lüks avtomobil markası “Audi” ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi əlavə tariflər səbəbindən ABŞ-a avtomobil tədarükünü dayandırıb.

Banco.az xəbər verir ki, Almaniyanın aparıcı avtomobil jurnallarından olan “Automobilwoche”nin xəbərinə görə, “Audi” dilerlərinə məktub göndərərək, 2 aprel tarixindən sonra ABŞ-a daxil olan bütün avtomobillərin müvəqqəti olaraq saxlanılacağını və dilerlərə təhvil verilməyəcəyini bildirib.

Dilerlərdən isə anbarlardakı mövcud avtomobil ehtiyatlarını azaltmağa fokuslanmaları xahiş edilib. Məlumata görə, “Audi”nin hal-hazırda ABŞ-da yeni tariflərdən təsirlənməyən 37 min avtomobili mövcuddur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram