“Atrabank”da Kreditorlar Komitəsi yaradılıb | Banco.az

“Atrabank”da Kreditorlar Komitəsi yaradılıb

Ləğvetmə prosesində olan “Atrabank” ASC-də Kreditorlar Komitəsi yaradılıb.

Bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ləğvetmə prosesində kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvi məqsədilə Kreditorlar Komitəsinin yaradılması zərurəti yaranıb. Bununla əlaqədar “Banklar haqqında” qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub və müsbət cavab alınıb.

Bu il yanvarın 19-da Kredobank”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib, martın 7-də isə müvafiq sorğunu məhkəmə təsdiq edib.

Ən sərfəli kredit üçün müraciət et

Ləğvedici məhkəmənin qərarı rəhbər tutularaq komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına dəvət məktubları göndərib. Mayın 12-də, saat 15:00-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında komitənin ilk iclasının keçirilməsi nəzərdə tutulur. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et