Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.
Banco.az saytı olaraq 2015-ci ilin yanvar və fevral ayları ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.
Banco.az Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin ilk ayı ilə müqayisədə ATM-lərin sayı cəmi 4 ədəd artaraq, 2622-yə çatıb. Bu bankomatlardan 1477-si Bakının, 1145-i isə regionların payına düşür.
Bir ay ərzində Bakıda 3 ədəd bankomatın fəaliyyəti dayandırılıb, yəni paytaxtdakı ATM-lərin sayında artım olmayıb. Regionlarda isə əksinə 7 ədəd yeni bankomat istifadəyə verilib.
ATM-lərlə müqayisədə, POS terminalların sayındakı artım daha nəzərəçarpan olub. Belə ki, yanvar ayı ilə müqayisədə onların sayı 3.3% artaraq 77041-ə çatıb ki, bunun da 75816-sı pərakəndə ticarət mərkəzlərinin payına düşür. Fevral ayı ərzində ölkə ərazisində 93-ü Bakıda, 2364-ü regionlarda olmaqla 2457 ədəd yeni POS terminal quraşdırılıb.
Regionlarda POS terminalların sayı kifayət qədər artaraq 24290dan 26654-a yüksəlsə də, Bakıdakı POS-terminalların sayı regionlardakından təxminən 2 dəfə çoxdur.