Yəqin hamıya həyatımızın və bankların bir hisssəsinə çevrilən ATM-lər necə yarandığı maraqlıdır. Gəlin birlikdə ATM-lərin kimlər tərəfindən yaradıldığına baxaq.
Luther Corc Simjian
ATM-lərin kəşfi Luther Corc Simjianın adı ilə bağlıdır. İlk olaraq bunların yaradılması onun ideyasıdır. Bu şəxs ATM-in ilkin versiyasını 1930-cu illərin sonunda qurmağa başladı. Onun ideyası müştərilərə banka getmədən maliyyə əməliyyatları aparmağa istiqamətlənmişdir. İlk vaxtlar onun fikri şübhə doğursa da, bu gün ATM-lərdən bu qədər çox istifadə olunması bu ideyanınn nə qədər əhəmiyyətli olmduğunun açıq-aşkar sübutudur.
John Shepherd-Barron
Bu şəxs 1960-cı illərdə bir 24/7 saat işləyən bankomat üçün bir fikir irəli sürdü De La Rue Instruments şirkətinin direktoru olan bu şəxs öz fikirlərini Mayamidə keçirilən 2000 nəfər bankirdən ibarət konfrasda səsləndirmişdir. Onun yaratdığı ilk bankomatlar Londonda yerləşən Barclays Banka məxsus idi.
James Goodfellow
Smiths Industries şirkətində mühəndis olan James Goodfellow'a bir layihə verilmişdir. Bu layihə bundan əvvəl yaranmış bankomatları daha da təkmilləşfirməkdən ibarət idi. Goodfellow 1966-cı ildə yeni sistemi hazırladı ki, klaviatura vasitəsilə kartın şifrəsini daxil etməklə bankomat şifrəni oxuya bilirdi, elə indiki dövrdə olduğu kimi.
Don Wetzel
Don Wetzel mexaniki mühəndis olan Tom Barnes və elektrik mühəndisi George Chastain ilə birgə ATM-lərin dizaynını hazırladı. 5 milyon dollara qədər xərci olan bu ATM-lər ilk dəfə Nyu-Yorkda quraşdırıldı və Chemical Banka məxsus idi.
John D. White
John D White, ilk serbest dayanan ATM maşın avadanlığını icad etdi. Onun ATM ilk Rockville Mərkəzində quraşdırılmışdır.John
Jairus Larson
Jairus Larson, bank şəbəkəsində ilk onlayn ATM maşınını icad etdi. Bu erkən ATM ixtiraçıları günümüz istehsalına güclü qaydalar təqdim etmişlər.
Tərlan Qəhrəmanova, banco.az