“Atəşgah” SŞ-nin Nərimanov ofisi artıq yeni ünvanda!
“Atəşgah” Sığorta Şirkəti müştərilərinin rahatlığını təmin etmək və onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədilə Bakı şəhəri Nərimanov rayonu ərazisində fəaliyyət göstərən satış ofisinin ünvanını dəyişib.
Belə ki, ofis artıq Nərimanov metrostansiyasının yaxınlığında Təbriz küçəsi 87, mənzil 32 ünvanında fəaliyyət göstərir.
“Atəşgah” SŞ-nin xidmətləri və məhsullarını Bakı şəhəri üzrə əldə etmək istəyən müştərilər istənilən satış ofislərimizə müraciət edə bilərlər.
Bundan əlavə (012) 940 əlaqə telefonuna zəng etməklə sığorta şəhadətnaməsini istədiyiniz ünvana sifariş edə bilərsiniz.