“Atəşgah” SŞ-dən ətraf mühitin qorunmasına doğru atdığı daha bir addım | Banco.az

“Atəşgah” SŞ-dən ətraf mühitin qorunmasına doğru atdığı daha bir addım

Ölkəmizdə sığorta sahəsinin inkişaf etdiyi bir dövrdə iş prosesində avtomatlaşdırılmaya və yüksək texnologiyalara üstünlük verən “Atəşgah” Sığorta Şirkəti, “Azərbaycanın firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq” missiyasına sadiq qalaraq daha bir yeniliyə imza atdı.

Belə ki, sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsi olan sığorta qaydalarının müştərilərə təqdim olunması prosesinə dəyişikliklər edilib. Artıq müştərilər müqavilə üzərindən “QR kod” vasitəsi ilə “Atəşgah” SŞ-nin rəsmi internet səhifəsində yerləşən  “Sığorta qaydaları” bölümünə keçid edərək, qaydaların elektron forması ilə tanış ola biləcəklər. Bununla sığorta qaydalarının çap edilməsi zərurəti aradan qaldırılıb. Bu da öz növbəsində kağız emalı üçün kəsilə biləcək bir neçə ağacı qoruyur.

Hər bir ağac ən azı üç insanın nəfəs alması üçün kifayət qədər oksigen ötürür. Onların məhvi isə həm də ətrafda oksigen çatışmazlığının yaranması deməkdir. Fəaliyyətində ekoloji problemləri daim diqqət mərkəzində saxlayan “Atəşgah” Sığorta Şirkəti bu istiqamətdə tutduğu siyasətə bir daha əməl etdiyini təsdiqləyir və hər kəsi ətraf mühitin mühafizəsinə töhvə verməyə cağırır.

Ən sərfəli kredit üçün müraciət et

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et