"Atəşgah Sığorta"nın sədrini daha yaxından tanıyaq | Banco.az

"Atəşgah Sığorta"nın sədrini daha yaxından tanıyaq

Azər Allahverdi oğlu Əliyev hal-hazırda "Atəşgah" Sığortanın İdarə Heyətinin Sədri vəzifəsini icra edir. O, bu vəzifəyə 2017-ci ilin oktyabrından Direktorlar Şurasının qərarına əsasən təyin edilib.

Təhsili:

Azər Əliyev, Fransa Neft İnstitutu (IFP Məktəbi  Rueil-Malmaison, Fransa) və Moskva Dövlət Hüquq Akademiyasının (Rusiya Federasiyası) magistrıdır.

Peşəkar təcrübəsi:

Peşəkar fəaliyyətinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xarici Sərmayələr İdarəsində başlamış, daha sonra TEXACO və TOTAL neft şirkətlərində aparıcı vəzifələr tutmuşdur. 2006-2008-ci ilərdə Qafqaz Sığorta Şirkətinin (SŞ) İcraçı Direktoru olmuşdur. 2008- ci ildə “Atəşgah” SŞ İdarə Heyətinin Sədri təyin olunmuşdur.

2010-2013-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Sədri seçilməklə, sığorta şirkətləri adından Sığorta Strategiyasının inkişafı ilə bağlı bu sahəyə ciddi töhvələr vermişdir. Eyni zamanda “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin müşaviri kimi çalışmış və ”Atəşgah Həyat” SŞ  Direktorlar Şurasının üzvü seçilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin oktyabrından “Atəşgah”  SŞ  Direktorlar Şurasının qərarına əsasən, ”Atəşgah” SŞ İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

"Atəşgah" SŞ İdarə heyətinin sədri Azər Əliyev 2018-ci ildə sığorta bazarı ilə bağlı gözləntilərindən bəhs edərkən pozitiv düşüncədə olduğunu deyib: ”Azərbaycan sığorta bazarı, bütün dünyada müşahidə olunan qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, nəinki stabil, hətta artım nümayış etdirir. Bu özünü yalnız statistik göstəricilərlə deyil,  bazarda yenı sığorta xidmətlərinin tətbiqi ilə göstərir. 2018-ci ildə də Azərbaycan sığorta bazarının inkişafı davam edəcək, lakin yeni iştirakçıların və yaxud məhsulların çeşidində ciddi dəyişikliklər gözlənilmir. Bazarın bir il içində canlanacağını düşünürəm"