“Atəşgah” maliyyə məlumatlarını açıqladı | Banco.az

“Atəşgah” maliyyə məlumatlarını açıqladı

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə məlumatlarını açıqlayıb.

Şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 70 mln. AZN təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 28,6 mln. AZN təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi isə 14,7 mln. AZN təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur.  

Ən sərfəli kredit üçün müraciət et

“Atəşgah” SŞ - nin 2018-ci ilin ilk doqquz ayı ərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 66,5% artaraq 3,7 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 11% artaraq 8,9 mln. AZN təşkil etmişdir.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et