"Atəşgah Həyat" Sığorta nizamnamə kapitalını artırır | Banco.az

"Atəşgah Həyat" Sığorta nizamnamə kapitalını artırır

17 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Atəşgah Həyat" Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 6 500 manat olan 1 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1006006873 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Səhmlər “Atəşgah Həyat" Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1005006874 və hər birinin nominal dəyəri 4 000 manat olan 1 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.