"Atəşgah Həyat Sığorta" 5 mln. manata yaxın mənfəət əldə edib | Banco.az

"Atəşgah Həyat Sığorta" 5 mln. manata yaxın mənfəət əldə edib

"Atəşgah Həyat Sığorta" 1 yanvar 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb. 

Sözügedən dövrdə, sığorta şirkətinin cəmi aktivləri 55,792 mln. manat olub. Bu isə ötən ilin əvvəli ilə müqayisədə aktivlərin 42,5% azaldığını göstərir. Şirkətin cəmi aktivlərinin 5,458 mln. manatını uzunmüddətli aktivlər, 50,334 mln. manatını isə qısamüddətli aktivlər təşkil edib. 

Şirkətin öhdəliklərinin həcmində də azalma müşahidə olunub. Belə ki, hesabat ilinin əvvəlində 70,361 mln. manat olan cəmi öhdəliklər, 1 il ərzində 2 dəfəyə yaxın azalaraq 40,463 mln. manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

"Atəşgah Həyat Sığorta" şirkətinin cəmi kapitalı isə 2017-ci ilin sonuna 15% azalaraq 15,329 mln. manat olub. Qeyd edək ki, şirkətin nizamnamə kapitalı 6,5 mln. manat təşkil edir.

Şirkət 5 mln. manata yaxın xalis mənfəət əldə edib.

Ötən ilin son göstəricilərinə əsasən, sığorta şirkətinin cəmi gəlirləri 71,613 mln. manat, cəmi xərcləri isə 65,622 mln. manat həcmində olub. Maliyyə mənfəəti 5,990 mln. manat olan "Atəşgah Həyat Sığorta", 1,198 mln. manat mənfəət vergisi ödəyib və nəticədə, 2017-ci ili 4,792 mln. manat xalis mənfəətlə başa vurub.

Ən sərfəli krediti almaq üçün müraciət et