“AtaSığorta” ASC-nin yaranmasının 10 ili tamam olur. Şirkətdən fins.az-a bildirilib ki, bununla əlaqədar olaraq jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Oktyabrın 10-da “Excelsior Hotel Baku” otelinin “Əlincə” zalında baş tutacaq tədbirdə “AtaSığorta” ASC İdarə Heyətinin sədri Müseyib Əliyev, sədr müavini Orxan Məmmədov və idarə heyətinin üzvləri iştirak edəcək. Mətbuat konfransında şirkətin 10 illik fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək perspektivlər barədə danışılacaq.
Qeyd edək ki, “Atasıgorta” ASC 2004-cü il, iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir.