“Atasığorta”ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib | Banco.az

“Atasığorta”ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

“Atasığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının vaxtı mayın 27-dən mayın 31-nə dəyişdirilib. 

Buna səbəb əvvəlki tarixin Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü elan edilməsidir. 

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et