“Atasığorta” səhmdarına hesabat verəcək | Banco.az

“Atasığorta” səhmdarına hesabat verəcək

Mayın 8-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə “Atasığorta” ASC-nin rəhbər şəxsin səlahiyyətlərinin uzadılması və digər məsələlər daxildir.

Mayın 25-də, saat 15:00-da isə “Atasığorta”nın baş ofisində səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi məsələləri daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. 

Report