“AtaSığorta” ekoloji aksiya keçirdi | Banco.az

“AtaSığorta” ekoloji aksiya keçirdi

2015-ci il yanvarın  22-də  “AtaSığorta” ASC Korporativ Sosial Məsuliyyət çərçivəsində 2015-ci il üçün ilk xeyriyyə aksiyasını keçirmişdir. “AtaSığorta”  ASC  Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin uşaqları üçün  ekologiyanın mühafizəsi və dibçəklərdə güllərin yetişdirilməsi üzrə tanıtım tədbiri təşkil etmişdir. Uşaqlara toxumlarla birgə dibçək hədiyyə edilmiş, təcrübəli bağban uşaqlara yeni əkilmiş güllərə qulluq barədə danışmış və bunu əyani göstərmişdir. Uşaqlar  otaq bitkilərini saxlamağın faydasını da öyrənmişlər.  Sonda güllər, təbiət, ekologiya üzrə suallarla viktorina keçirilmiş və qaliblərə  “AtaSığorta” ASC-dən  hədiyyələr təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

“AtaSığorta” ASC-nin İdarə Heyətinin Sədr müavini Orxan Məmmədov tədbirlə bağlı qeyd etmişdir ki, aksiyanın  məqsədi uşaqlarda təbiəti və ekologiyanı dərketmə münasibətini formalaşdırmaq və onlar üçün faydalı asudə vaxt təşkil etməkdir.