İyulun 21-də “AtaSığorta” ASC kütləvi informasiya vasitələrinin jurnalistləri üçün PR-tur keçirmişdir. PR-turun gedişində “AtaHolding” ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova və “AtaSığorta” Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev “AtaHolding” ASC və “AtaSığorta” ASC-nin PR sahəsində 2015-ci ilin 6 ayı ərzində apardıqları iş barədə məlumat vermişlər.
“AtaSığorta” ASC, “AtaHolding”-in digər struktur bölmələri kimi sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin mədəniyyətin və incəsənətin, idmanın inkişafına, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş layihələri dəstəkləyir və Korporativ Sosial Məsuliyyət sahəsində bir sıra uzunmüddətli sponsorluq müqavilələrinə malikdir. Uzun illər boyu “AtaSığorta” və “AtaHolding” AzTV kanalında olduqca populyar olan “Nə? Harada? Nə vaxt?” intellektual şousunun əvəzsiz sponsorlarıdır, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Şağanda yerləşən internat evinin şagirdləri üçün xeyriyyəçilik aksiyaları keçirir, digər sosial layihələri gerçəkləşdirirlər.
Bütövlükdə 2015-ci ilin 6 ayı ərzində KİV-ə 49 pres-reliz təqdim edilmişdir. PR-turun təşkilatçıları burada iştirak edən jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik etmiş, KİV-in iqtisadiyyatın maliyyə sahəsində baş verən hadisələri ictimaiyyətə çatdırılmasında danılmaz xidmətlərini qeyd etmiş, onlara məsul və əhəmiyyətli işlərində uğurlar arzulamışlar.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.