“AtaSığorta” ASC 2014-cü ilin 6 ayı üzrə maliyyə nəticələrini açıqlamışdır. Məlumata əsasən cari ilin 6 ayı ərzində şirkətin sığorta haqqı yığımları 4,72 milyon manat təşkil etmişdir. AtaSığorta 2014-cü ilin müvafiq dövrü ərzində 1,59 milyon manatdan artıq sığorta ödənişi həyata keçirmişdir. Şirkətin nizamnamə kapitalı 10,0 milyon manat təşkil edir, aktivlərin ümumi həcmi isə 25,0 milyon manata yaxındır. “AtaSığorta” ASC-nin 2014-cü ilin 6 ayı üzrə balans mənfəəti 1,04 milyon manat təşkil etmişdir.
"AtaHolding" Şirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.