Atalarının uğurlu biznesmenlərə verdiyi məsləhətlər | Banco.az

Atalarının uğurlu biznesmenlərə verdiyi məsləhətlər

Bir çox hallarda məsləhət dinləmək heç də xoşumuza gəlməsə də faydalı məsləhəti də dəyərləndirmək öz növbəsində çox müsbət nəticələr verir. Bəzən belə məsləhətlər həyata baxışımızı belə dəyişir. Məsləhətlər çox hallarda uşaq yaşlarda bir qədər ciddi qəbul olunmasa da yaş artdıqca onlarda gizlənən dərin mənaları dərk etmək daha asan olur. Bu dəfəki yazıda sizi həyatlarında valideyn məsləhətinə diqqət yetirmiş və onu tətbiq etməyə çalışan insanlar haqda danışacağıq. Bu insanlar öz sahələrində uğur qazanmış tanınmış insanlar olduqları üçün xüsusilə diqqəti cəlb edirlər.

Meq Vitman: Hər kəslə düzgün rəftar et

Bu məsləhəti atası hal-hazırda Hewlett-Packard şirkətində icraçı director vəzifəsində çalışan qızı Meq Vitmana demişdir. Bu haqda Meq özünün Fortune 2015 jurnalına müsahibəsi zamanı bildirmişdi. Onun sözlərinə görə bir dəfə Meq kiçik olarkən birinə pis davranmış və atası onun bu davranışının düzgün olmadığını bildirərək ona məsləhət vermişdir. “Bir insanla həyatında nə vaxt qarşılaşacağını bilmək qeyri-mümkündür. Birinə pis davrandıqda onunla yenidən qarşılaşma ehtimalını nəzərdən qaçırma. Unutma ki, pislik və kobudluq etmək sənə heç nə verməyəcək.”

T. Bun Pikens: Hər zaman planın olsun

Pikens hal-hazırda BP Capital Managementdə yüksək vəzifə icra edən nümayəndələrdəndir. Onun sözlərinə görə Pikensin həyatını onun atasının verdiyi məsləhət dəyişib. “Planı olan səfeh bir adam dahi bir adamı asanlıqla məğlub edə bilər.” deyə atası bildirib. Pikens 2014-cü ildə Linkendə yazdığı bir fikirdə belə bildirib “Atam mənim planı olmayan səfeh olduğumu demişdi.” Həmin an bu fikri anlamayan Pikens sonralar qarşısında hədəflər qoyaraq həyatını planlamağa başlayıb. O, artıq hər zaman həyata dair planının olduğunu vurğulayıb.

Bill Qeyts: Bacarmadığın işlə məşğul ol

Bu ifadə bizim üçün bir qədər yad səslənə bilər, çünki bizdə tam əksinə valideynlər bildiyin işlə məşğul ol ki, uğur qazanasan fikri ilə yanaşırlar məsələyə. Amma Bill Qeytsin atası məsələyə bir qədər fərqli aspektdən baxırmış. Bill Qeytsin sözlərinə görə uşaq yaşlarından bir çox fərqli idman növləri ilə məşğul olub və bunlarda o qədər də uğur qazana bilməyib. Onun sözlərinə görə valideynlərinin belə etməsi ona liderlik xüsusiyyətləri qazandırıb. Yəni onun bir lider olaraq hər kəsin hər işdə yaxşı olmadığını anlayışla qarşılaması asan olub.

Ən sərfəli kredit üçün müraciət et

İndra Nuyi: Pozitiv şəkildə idarə etməyə çalış

İndra Nuyi PepsiCo şirkətinin icraçı direktorudur. Onun dediyinə görə öz idarə etmə sistemində sərt deyil, daha anlayışlı və mühit çərçivəsində idarəetməni həyata keçirməyə çalışır. Bunu ona atası öyrədib. Atası pozitiv idarə etməyin sərt idarə sistemindən daha əlverişli olduğunu ona başa salıb. Yəni siz sözünüzü heç kimi incitmədən desəniz həm münasibətiniz pozulmaz, həm də həmin şəxs öz üzərinə düşən öhdəliyi daha yaxşı icra etməyə çalışar. Belə olduqda həm işiniz asanlıqla həll olunar, həm də özünüzə qarşı müsbət fikri qorumuş olarsınız.

Məhəmməd Əl-Ərian: Başqa baxış bucaqlarını nəzərə al

Hal-hazırda Allianzda iqtisadi məsləhətçi olaraq çalışan Əl-Ərian atasından çox şey öyrəndiyini bildirir. “Biz hər gün 4 müxtəlif qəzet alırdıq. Onlar müxtəlif mövzuları əhatə edirdi. Bir gün mən atamdan niyə 4 qəzet aldığımızı soruşdum. O, isə öz cavabında fərqli fikirləri ifadə edən qəzetlər insana dünyaya fərqli bucaqlardan baxmağı öyrədir.” Səfir olaraq çalışan atasının bu fikri onun bir lider, konsultant kimi uğur qazanmasında yardımçı olub.

Volt Bettinqer: Etibarı pulla almaq olmur

Charles Schwab şirkətinin president və icraçı direktoru olan Volt öz atasından həyatına istiqamət verəcək məsləhət aldığını bildirib. Fortune xəbər agentliyinə verdiyi müsahibədə “atam pulla hər şeyi alıb, sata bilərsən, etibar isə belə deyil” deyə o, bildirib. O, bu sözü hər zaman deviz olaraq həyatında yansıtmağa çalışdığını və mühüm qərarlar verərkən son nəticədə bunu nəzərə aldığını vurğulayıb.

Barbara Korkoran: Liderləri izləmə

Atam hər zaman işdən müəyyən olunmuş vaxtda çıxırdı. Tez çıxanda isə biz onun işdən qovulduğunu bilirdik. Amma bu bizim üçün böyük bir problem olmurdu, çünki hamımız bir masa arxasında toplanır və bunu zarafatla qarşılayırdıq. Məhz buna görə də biz belə problemlərə müsbət yanaşmağı öyrəndik. Məndə bizim uğur qazanmaqda əsas stimul verən səbəbimiz bu oldu və biz hamımız onun uşaqları olaraq öz işimizi qura bildik.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et