AtaBankın xalis mənfəəti 52,3% artıb | Banco.az

AtaBankın xalis mənfəəti 52,3% artıb

Banco.az saytı AtaBankın rəsmi saytına istinadən bildirir ki, ilin əvvəlindən bankın aktivləri 22% artaraq, 458 640,17 min AZN olmuşdur.

Bunun da 319 165,2 min AZN-i kreditlər təşkil edir. İlin əvvəli ilə müqayisədə kreditlərin həcmində 44% artım qeydə alınıb.

Cari ilin 9 ayı ərzində bankın xalis faiz gəlirləri 17 401,5 min AZN, qeyri faiz gəlirləri isə 5 536,05 min AZN olub.

Bankın əməliyyat mənfəəti 10 470,25 min, xalis əməliyyat mənfəəti isə 7 810,55 min AZN təşkil edib. Ilin əvvəli ilə müqayisədə bankın mənfəətində 52,3% artım olub.

Daha ətraflı şəkildə diaqramlardan izləyə bilərsiniz.

Bankın cəmi kapitalı isə 62 488,2 min AZ olub ki, onun da 44 500,7 mini nizamnamə kapitalıdır.