“AtaBank”ın mənfəəti artıb | Banco.az

“AtaBank”ın mənfəəti artıb

AtaBank” ASC cari ilin 1-ci yarımilliyi üçün maliyyə göstəricilərini açıqladı.

Bankın web saytında yayımladığı “Balans hesabatı”na əsasən bankın sözügedən dövrdə aktivləri 486 milyon 749 min manat olub.

Bankın kapitalı cari ilin 1-ci rübündə 60 milyon 37 min manat olmuşdu, birinci yarımilin yekununda isə ümumi kapital 11 milyon manat artaraq 71 milyon 287 min manat təşkil edib.

Bankın Kredit portfeli 410 milyon 229  min manat həcmindədir. Depozit portfeli isə birinci rüb ilə müqayisədə 14,8% azalaraq 268 milyon 688 min təşkil edib.

Bankın mənfəəti artıb.

Ən sərfəli kredit üçün müraciət et

“AtaBank”ın mənfəəti 2016-cı ilin birinci yarısı üçün 10 milyon 550 min manat olub, bu isə 2015-ci ilin yekunu ilə müqayisədə təqribən bu, 8 dəfə çoxdur. Qeyd edək ki, bankın mənfəəti cari ilin birinci rübündə 6 milyon 113 min manat təşkil edirdi.

Bu mənfəətin də 26 milyon 724 min manatını faiz gəlirləri, 13 milyon 401 min manatını faiz xərcləri, 5 milyon 390 min manatını qeyri-faiz gəlirləri, 10 milyon 415 min manatını isə eyri-faiz xərcləri təşkil edir.

1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et