“AtaBank”da təcili yığıncaq keçirilib | Banco.az

“AtaBank”da təcili yığıncaq keçirilib

21 oktyabr 2019-cu il tarixində “AtaBank” ASC-nin Ş.Bədəlbəyli küçəsi 102 ünvanında yerləşən Baş ofisində Səhmdarların növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda bankın fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib, o cümlədən Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin də təmsil olunduğu Strateji İdarəetmə Komitəsi yaradılıb.

 

Komitənin əsas səlahiyyətləri Bankın inkişafı üzrə üç illik strateji plan və istiqamətləri müəyyən etmək və icrasına nəzarəti həyata keçirməkdən ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Komitə tərəfindən hazırlanacaq plan “AtaBank”ın maliyyə vəziyyətinin və rəqabət qabiliyyətinin yaxşılaşdırılması məqsədi güdür.

Komitəyə, ehtiyac olduğu təqdirdə, təcrübəli kənar məsləhətçiləri cəlb etmək səlahiyyəti də verilib.

Xəbər verdiyimiz kimi, 137 milyon 466 min manat məcmu kapitalı olan "AtaBank"ın gəlirləri xərclərinə kifayət etmir. Bankın gəlirlərinin artırılması tələb olunur. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et