"Atabank"da kadr dəyişikliyi baş verib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Atabank"da kadr dəyişikliyi baş verib

 "Atabank" ASC-nin Təşkilati işlər Departamentinin direktoru Azər Babayev işdən çıxıb. 

Məlumata görə, onun yerinə Nəsimi Kərimov təyin edilib. O, bundan əvvəl "Atabank"ın Filiallarla iş Departamentinin direktoru olub. Hələ ki, bu departamentin rəhbəri vəzifəsi vakantdır.

Xatırladaq ki, "Atabank" 1993-cü ildə yaradılıb, "AtaHolding" MMC-yə daxildir. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 76%-i adı çəkilən Holdinqə, 15,88%-i Əşrəf Kamil oğlu Kamilova (Bankın Müşahidə Şurasının (MŞ) sədri, Holdinqin MŞ sədrinin I müavini), 8,12%-i Mahir Əhmədağa oğlu Rəfiyevə (vergilər nazirinin müşaviri) məxsusdur.

Mənbə : report.az